“Tottenhem”in oyunçusu yığmanı tərk etdi
25.05.2013 - 03:14
İngiltərənin gənclər üzrə milli komandasının heyətində dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Stuart Pirsin mayın 14-də, Avro-2013-ün final mərhələsi üçün açıqladığı 23 nəfərlik siyahıda 2 futbolçu digərləri ilə əvəzlənib.
“Tottenhem”in yarımmüdafiəçi Andros Taunsend komandanın formasını geyinməkdən imtina edib. Buna isə səbəb onun ünvanına totalizatordan istifadə etdiyi ittihamları irəli sürülməsidir. Taunsendin yerinə yığmaya “Birminqem Siti”nin futbolçusu Natan Redmond çağırılıb.
Həmçinin zədəli olan Luk Şou da (“Sautqempton”) komandanı tərk edib. Onu isə “Liverpul”un oyunçusu Cek Robinson əvəz edib.
Qeyd edək ki, İngiltərə millisi Avro-2013-ün final mərhələsinin A qrupunda mübarizə aparacaq. Britaniyalılar İtaliya (5 iyun), Norveç (8 iyun) və ev sahibləri İsraillə (11 iyun) qarşılaşacaq.

0
0