“Bavariya”da hər hansı bir nöqsan görmürəm”
25.05.2013 - 04:04
“Mən iki finalda iştirak etdim. Əvvəlkinə baxanda, əsəblərimiz indi daha yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın hücumçusu Tomas Müller deyib.
Almaniya millisinin üzvü Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə oyun öncəsi fikirlərini bildirib: “Bu, Çempionlar Liqasının matçı üçün normaldır. Əlbəttə, xırda nüanslara belə fikir vermək lazımdır. Hər şeyə diqqət yetirməliyik. Bizim zəif yerlərimiz? Yəqin, bu haqda rəqibdən soruşmaq daha yaxşı olardı. Mən hesab etmirəm ki, bizdə hər hansı bir nöqsan var. Bundesliqada qapımızdan qol buraxmamaq seriyasını uzun müddət əlimizdə saxladıq. Buna görə də “Borussiya” ilə oyunda yenə qələbə qazanan tərəf biz olarıq”.
Qeyd edək ki, “Borussiya” – “Bavariya” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0
0