Bruno Alveş: Hədəflərimiz tamamilə aydındır
25.05.2013 - 05:38
Bruno Alveş: Hədəflərimiz tamamilə aydındır
“Bu, bizim üçün çox əhəmiyyətli oyun olacaq. Rusiyalıların aktivində daha çox xal var. Onlar məğlubiyyət və ya heç-heçə ilə razılaşa bilərlər”. Apasport.az saytının məlumatına görə, bu sözlər Portuqaliya milli komandasının müdafiəçisi Bruno Alveş deyib.

O, iyunun 7-də, Lissabonda keçiriləcək DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya - Rusiyanın matçı haqqında fikirlərini bildirib: “Bizə dünya çempionatına getmək üçün yalnız qalib gəlmək lazımdır. Əlbəttə, Rusiyanın gücü bizə məlumdur və həm də hədəflərimiz tamamilə aydındır. Qrupda həddən artıq çox xal itirdik. İndi yalnız ikinci pillədə qərarlaşmaq üçün düşünməyə dəyər”.

Qeyd edək ki, F qrupunda mübarizə aparan bu komandalar Azərbaycan millisinin rəqibləridir.