Avropanın kralı - “BAVARİYA”!!!
26.05.2013 - 00:34
Avropanın kralı - “BAVARİYA”!!!
UEFA Çempionlar Liqasının final matçı keçirilib. Apasport.az saytının xəbərinə görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə Almaniya təmsilçiləri - "Bavariya" və "Borussiya" klubları qarşılaşıb.

Londondakı məşhur "Uembli" stadionunda təxminən 87 min azarkeşin izlədiyi oyunun ilk yarısında hər iki tərəfin qol vurmaq şansı olsa da, hesab açılmayıb.

Qarşılaşmada ilk qol ikinci hissənin ortalarında vurulub. "Bavariya" 59-cu dəqiqədə Mario Mandjukiçin zərbəsində sonra hesabda önə çıxıb. Amma 10 dəqiqə sonra sevinmək növbəsi dortmundlulara çatıb. İlkay Gündoğan 68-ci dəqəqədə italiyalı hakimin təyin etdiyi penalti zərbəsindən sonra tarazlığı bərpa edib.

Çoxları qarşılaşmanın əlavə vaxta gedəcəyini düşündüyü bir vaxtda "Bavariya" yenidən hesabda önə çıxıb. 89-cu dəqiqədə ilk qolun ötürməsini verən Aryen Robben bu dəfə özü fərqlənib. Hollandiyalı legioner həm də finalın ən yaxşı futbolçusu seçilib. "Bavariya" bununla 5-ci də Çempionlar Liqasını qazanıb.


Çempionlar Liqası, final
25 may


“Bavariya” (Almaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1
QOLLAR: Mandjukiç, 59; Robben, 89 - Gündoğan, 68
Baş hakim: Nikola Rizzoli (İtaliya)
London. “Uembli” stadionu

“Bavariya”: Noyer, Boatenq, Martinez, Dante, Lam (k), Riberi, Robben, T.Müller, Alaba, Şvaynştayger, Mandjukiç
Ehtiyat oyunçular: Ştarke, van Buyten, Şaçiri, Luis Qustavo, Timoşuk, Pisarro, Qomes

"Borussiya": Veydenfeller (k), Subotiç, Pizçek, Hummels, İlkay Gündoğan, Blaşikovski, Şmeltser, Bender, Qrosskroyts, Roys, Levandovski
Ehtiyat oyunçular: Lanqerak, Kirx, Santana, Köl, Lyaytner, Nuri Şahin, Şiber

0