“Simurq”da ciddi islahatlar: 19 futbolçu komandadan göndərildi
25.05.2013 - 10:07
“Simurq”da ciddi islahatlar: 19 futbolçu komandadan göndərildi
“Simurq” ciddi islahatlara başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi bu mövsüm heyətdə yer alan 19 futbolçu ilə yollarını ayırıb.

Belə ki, məşqçilər korpusunun qərarı əsasında komanda müqavilələrinin müddəti başa çatan legionerlərdən Tomislav Buşiç, Mario Bojiç, Marçin Burxart, Zdravko Popoviç, David Pieterzkeiviç, Anderson Olivyera, Stepan Polyak və Dilaver Zrnanoviçlə vidalaşıb. Həmçinin, yerli futbolçulardan Dmitri Kramarenko, Mehman Məmmədov və Qafar Qafarovla yeni müqavilə imzalanmayıb. Onlardan əlavə, icarə əsasında ötən mövsüm komandaya qatılan Murad Səttarlı, Nicat Qurbanov, Asif Mirili, Bəxtiyar Soltanov, Rüstəm Abbasov, Eyyub Əliyev də gəldikləri klublara göndərilib.

Qeyd edək ki, “Simurq” bu futbolçulardan öncə Qərib İbrahimov və Rasim Ramaldanovla növbəti mövsüm üçün razılığa gələ bilməmişdi. Onlar müvafiq olaraq, AZAL və “Xəzər Lənkəran”a transfer olunmuşdular.