Yığmamız “Latsio”ya qalib gəlib, finalda “Udineze” ilə oynayacaq
25.05.2013 - 11:00
Yığmamız “Latsio”ya qalib gəlib, finalda “Udineze” ilə oynayacaq
Azərbaycan millisi (U-19) İtaliyanın Piza şəhərindəki “Toscana Football Cup 2013” turnirində finala yüksəlib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri yarımfinal matçında İtaliyanın “Latsio” klubuna qalib gəliblər. Onlar 16 yaşadək futbolçulardan təşkil olunan Roma təmsilçilərinin qapısından 2 cavabsız top keçiriblər. Digər yarımfinal cütündə isə “Udineze” “Torino”nu 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, yığmamız “Udineze” ilə çempionu müəyyənləşdirəcəyi halda, “Latsio” və “Torino” üçüncü yerin adına aydınlıq gətirəcək.