Ruslan Poladovdan yeni müqavilə
25.05.2013 - 13:55
Ruslan Poladovdan yeni müqavilə
“Simurq” təcrübəli futbolçusu Ruslan Poladovla müqaviləsinin müddətini artırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi növbəti mövsümdə Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

Bu, artıq “7” nömrənin “Simurq”un heyətində keçirəcəyi üçüncü mövsüm olacaq. Buna qədər Premyer Liqada 40 dəfə “sarı-qara”lı formanı geyinən Ruslan rəqib qapısına 2 qol da vurub.

Qeyd edək ki, Poladov “Simurq”un heyətinə 2011/12 mövsümünün fasiləsində “İnter”dən icarə əsasında qatılmışdı.