“Rəvan” yeni mövsümə Sloveniyada hazırlaşacaq
25.05.2013 - 15:06
“Rəvan” yeni mövsümə Sloveniyada hazırlaşacaq
“Rəvan”ın yeni mövsüm üçün hazırlıq planını artıq müəyyənləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mayın 21-dən istirahətə buraxılan komanda iyunun 18-də bir araya gələcək. Ancaq legionerlərimiz düşərgəyə bir az gec – ayın 23-də qoşulacaqlar.

20 günə yaxın Bakıda məşq edəcək “Rəvan” iyulun ortalarında hazırlıq məqsədi ilə Sloveniyaya yollanacaq. Burada komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik sparrinq-rəqiblərin adları məlum deyil. “Rəvan” Sloveniyadan qayıtdıqdan sonra çempionatın startına qədər olan müddətdə isə yenidən Bakıda hazırlıq keçəcək.