“Simurq” planlarını açıqladı
25.05.2013 - 16:59
“Simurq” planlarını açıqladı
“Simurq”un yeni mövsüm üçün hazırlıq planı artıq məlumdur. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırda istirahətdə olan Zaqatala təmsilçisi iyun 17-də bir araya gələcək. Bakıda şəhərində “Simurq” tibbi müayinədən keçdikdən sonra 21-nə qədər paytaxtda hazırlıq mərhələsinin ilk hissəsini başa vurub, 23-də Türkiyəyə yollanacaq.

Kartepedə məskunlaşacaq komanda əsasən fiziki hazırlığın artırılmasından ibarət təlim-məşq toplanışı çərçivəsində 3 yoldaşlıq görüşü keçirəcək. İyulun 8-nə qədər qardaş ölkədə qalacaq “Simurq”, daha sonra vətənə qayıdacaq.

Bir neçə günlük istirahətdən sonra komanda hazırlıq mərhələsinin 3-cü hissəsi üçün Avropa ölkələrindən birinə yollanacaq. İyulun 13-də yola düşəcək “Simurq”un buradakı təlim-məşq toplanışı 27-nə qədər davam edəcək və Georgi Çixradzenin yetirmələri taktiki-texniki ağırlıqlı məşqlər çərçivəsində 4 yoldaşlıq görüşündə gücünü sınaqdan keçirəcək.
0