Neymar “Barselona”da!
26.05.2013 - 16:44
“Santos”un ulduz futbolçusu Neymarın yeni mövsümdə çıxış edəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bir çox komandaların transfer siyahısında olan braziliyalı hücumçu “Barselona” ilə razılığa gəlib.
Bu xəbəri hər ik klubun rəsmi internet saytı açıqlayıb.
Neymar sosial şəbəkələrin birində “Santos” azarkeşlərinə müraciət edərək, doğma klubuna sevgisini etiraf edib: “Mən bu inanılmaz doqquz il ərzində “Santos” azarkeşlərinə təşəkkür etmək istəyirəm. Kluba və azarkeşlərə mənim hislərim heç vaxt dəyişməyəcək. Onlar əbədidir. Bu klub mənə hər şey verdi və azarkeşlər hətta məni ən çətin vaxtlarda belə dəstəkləyirdilər. “Santos” həmişəlik mənim ürəyimdə olacaq”.
Qeyd edək ki, 21 yaşlı futbolçu 2003-cü ildə “Santos”un gənclər komandasının heyətində top qovub. 2009-cu ildə isə o, əsas komandanın tərkibində forma geyinib. Həmin ildən bu yana Neymar 133 matçda meydana çıxaraq, rəqib qapılarına 70 top vurub. Braziliya yığmasında isə o, 32 oyunda forma geyinib və 20 qola imza atıb.

0
0