“Real” rəhbərliyi Pepeni satmağa hazırlaşmır
26.05.2013 - 20:05
“Real” rəhbərliyi Pepeni satmağa hazırlaşmır
“Real”ın müdafiəçisi Pepe növbəti mövsüm də komandada qalacaq. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi Portuqaliya milli komandasının üzvünü satmağa hazırlaşmır.

PSJ, “Mançester Siti” və “Fənərbaxça”nın da transfer etmək istədiyi oyunçunu “Kral klubu” “Real”da saxlayacaq.

Qeyd edək ki, mövsümün ikinci yarısından etibarən baş məşqçi Joze Mourinyo ilə Pepenin münasibətləri korlanıb. O, komandanın qapıçısı İker Kasilyası açıq şəkildə dəstəklədiyi üçün həmyerlisinin gözündən düşüb. Mourinyo 30 yaşlı müdafiəçini son 5 beş matçda meydana buraxmayıb.
0