Elhad Nəzirisiz “Petrolul” 2-ci pilləyə yüksəldi
26.05.2013 - 20:44
Rumıniya çempionatında XXXIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” səfərdə “Universitat”la üz-üzə gəlib.
Görüşdə “Petrolul” 4:2 hesabı ilə qalib gələrək, Avropa Liqasına qatılmaq üçün bir addım da yaxınlaşıb. Həmçinin bu qələbə yığmamızın üzvünün komandasını 61 xalla müvəqqəti də olsa, 2-ci pilləyə yüksəldib.
Qarşılaşmada Nəziri “18-liy”ə daxil edilsə də, baş məşqçi Kosmin Kontra ona yenə şans verməyib.
Qeyd edək ki, Elhad millimizin mayın 29-da Qətərlə yoldaşlıq görüşü və iyunun 7-də Lüksemburqla seçmə mərhələ oyunu üçün dəvət alıb.

0
0