Con Toşak final öncəsi futbolçulara nə dedi?
26.05.2013 - 23:00
“Neftçi” ilə keçiriləcək Azərbaycan kubokunun final oyununa Bakıda hazırlaşan “Xəzər Lənkəran” mayın 26-da, səhər saatlarında Tofiq Bərhəmov adına Respublika stadionunda məşq keçmək üçün “Ramada” otelini tərk edərkən maraqlı bir hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, qabaqcadan öz aralarında razılaşan futbolçular avtobusa yaxınlaşaraq komandanın texniki əməkdaşlarını adlarını çəkib bir bir çağıraraq avtobusa dəvət ediblər.
Kənardan bu maraqlı mənzərəni diqqətlə seyr edən baş məşqçi Con Toşak belə deyib: “Ümidvaram ki, finaldan sonra da eynən bu əhval ruhiyyədə avtobusa yaxınlaşacağıq”.
Komanda məşqin ardından otelə döndükdən sonra axşama qədər istirahət edib. Futbolçular günün ikinci yarısını əsasən dəniz kənarında gəzinti ilə keçiriblər. Axşam saatlarından isə komanda tam qapalı rejimə keçib. Bu o deməkdir ki, futbolçulara yalnız otel daxilində hərəkət etməyə icazə verilir.
Mənbə: 12cioyuncu.info

0
0