“Lion” rəsmən ÇL-də, PSJ mövsümü qələbə ilə yekunlaşdırdı
27.05.2013 - 02:51
“Lion” rəsmən ÇL-də, PSJ mövsümü qələbə ilə yekunlaşdırdı
Fransa çempionatında XXXVIII – sonuncu turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun bütün matçları eyni gündə keçirilib.

Çempionlar Liqasına qatılmaq uğrunda mübarizə aparan “Lion” doğma publika önündə “Renn”i sınağa çəkib. Bu görüşdə 3 xala ehtiyacı olan meydan sahibləri istədiklərinə nail olublar. Qarşılaşmada 2:0 hesabı ilə qalib gələn “Lion” Avropanın ən titullu klub turnirinə 3-cü vəsiqə qazanan komanda olub.

Daha öncədən bu turnirə yollanmaq hüququ əldə edən “Marsel” isə evində xal itirib. “Reyms”lə üz-üzə gələn Eli Bopun yetirmələri meydandan 0:0 hesablı bərabərliklə ayrılıb.

Çempion PSJ də mövsümü qələbə ilə başa vurub. Səfərdə “Loryan”la münasibətlərinə aydınlıq gətirən Paris klubu rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 1:3.

Digər görüşlərdə isə “Nitsa” “Ayaçço”nu, “Bordo” “Evian”ı, “Nansi” “Brest”i, “Tuluza” “Monpelye”ni və “Valensyen” “Troye”ni üstələyib. “Bastiya” – “Soşo”, “Lill” – “Sent-Etyen” və “Marsel” – “Reyms” matçında isə qalib müəyyənləşməyib.

Beləliklə, PSJ, “Marsel” və “Lion” 2013-2014 mövsümündə Çempionlar Liqasında mübarizə aparacaqlar. Avropa Liqasına isə “Nitsa” vəsiqə qazanıb. 3 klub – “Nansi”, “Troye” və “Brest” isə I diviziona yuvarlanıb.


Fransa çempionatı
XXXVIII tur
26 may
“Ayaçço” – “Nitsa” – 0:2
Kvitaniç, 50, Bautheaç, 77

“Bastiya” – “Soşo” – 0:0

“Bordo” – “Evian” – 2:1
Diabete, 6-pen; 34 – Saqbo, 45-pen

“Brest” – “Nansi” – 1:2
Benşop, 90 – Puygrenier, 10; 30

“Lill” – “Sent-Etyen” – 1:1
Kalu, 43 – Hamuma, 56

“Loryan” – PSJ – 1:3
Lan, 84-pen – İbrahimoviç, 51, Qameyro, 63; 65

“Lion” – “Renn” – 2:0
Lopes, 23-pen, Qrenyer, 69

“Marsel” – “Reyms” – 0:0

“Tuluza” – “Monpelye” – 2:0
Yedder, 5; 11

“Valensyen” – “Troye” – 2:1
Jarjat, 68-öz qapısına, Puyol, 88 – Nivet, 12”