Neymar “Santos”un sonuncu dəfə formasını geyindi - FOTO
27.05.2013 - 03:11
Neymar “Santos”un sonuncu dəfə formasını geyindi - FOTO
“Barselona” ilə anlaşan Neymar “Santos”un heyətində sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu Braziliya çempionatının açılış turunda “Flamenqo” ilə matçdan əvvəl dövlət himni oxunan zaman ağlayıb.

Neymar “Santos”un forması ilə son oyununda qələbəyə sevinə bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Neymar “Barselona” ilə 5 illik müddətinə razılığa gəlib. Onun Kataloniya klubu ilə bu həftə rəsmi müqavilə imzalaması gözlənilir.