“Neftçi” üçün 17 rəqib: 13 məlum, 4 naməlum!
27.05.2013 - 09:05
“Neftçi” üçün 17 rəqib: 13 məlum, 4 naməlum!
Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 32 klubdan 29-u müəyyənləşib. Topaz Premyer Liqasının qalibi “Neftçi” də daxil olmaqla, bu mərhələnin bütün iştirakçıları artıq səbətlərə bölünüb. Apasport.az saytının məlumatına görə, hətta qalibi bəlli olmayan Çexiya, Makedoniya və Monteneqro komandalarının da hansı səbətdə yer alacağı indidən dəqiqləşib.

Bu isə o deməkdir ki, mərhələ iştirakçıları arasında 16-cı reytinqə malik “Neftçi”nin potensial rəqibləri artıq məlumdu.

34 klubun çıxış edəcəyi mərhələyə 2 komanda I təsnifatdan gələcək. Burada “Streymur” (Farer adaları), “Lusitanos” (Andorra), “Şirak” (Ermənistan) və San-Marino çempionu mübarizə aparacaq. Bu duellərdəki 2 qalib “Neftçi”nin mümkün rəqibi olacaq.

Digər 15 səpələnməmiş komandadan 13-nün adı dəqiqdir. Onlar arasında “Hafnarfyordur” və “Nomme Kalyu” kimi tanış rəqiblər də yer alıb. Adı dəqiqləşməyən 2 yerə isə 5 namizəd qalıb.

Monteneqro çempionatının sonuna 1 tur qalmış “Sutyeska” və “Buduçnost” müvafiq olaraq, 62 və 60 xala malikdir. Makedoniyadan olan potensial rəqibimizin adına isə 3 namizəd var. Sona 2 tur qalmış “Vardar” 64, “Turnovo” 60, “Metallurq” 59 xal toplayıb. Səpələnmişlər sırasında yer alacaq Çexiya təmsilçisi olmağa isə 2 komanda iddia edir. Burada sona 1 tur qalmış “Viktoriya” 62, “Sparta” 60 xal toplayıb.

Səpələnmişlər: BATE (Belarus, 39,175), “Seltik” (Şotlandiya, 37,508), “Styaua” (Rumıniya, 35,604), Çexiya çempionu (28,745 və ya 29,245), “Dinamo” (Xorvatiya, 25,9160), “Partizan” (Serbiya, 17,425), “Legiya” (Polşa, 13,650), “Şerif” (Moldova, 11,533), “Maribor” (Sloveniya, 9,941), “Slovan” (Slovakiya, 8,341), “Elfsborq” (İsveç, 8,125), “Makkabi” (Təl-Əviv, İsrail, 8,075), “Molde” (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), “Ekranas” (Litva, 6,300), “Neftçi” (Azərbaycan, 5,708), “Dinamo” (Gürcüstan, 5,333)

Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina. 4,566), “Hafnarfyordur” (İslandiya, 4,083), “Qyor” (Macarıstan, 3,850), TNS (Uels, 3,766), “Ludoqorets” (Bolqarıstan, 3,450), “Sliqo Rovers” (İrlandiya, 3,225), “Şaxtyor” (Qazaxıstan, 2,941), “Skenderbeu” (Albaniya, 2,833), “Birkirkara” (Malta, 2,541), “Kliftonvill” (Şimali İrlandiya, 2,116), “Dauqava” (Latviya, 1,658), “Nomme Kalyu” (Estoniya, 1,191), “Fola” (Lüksemburq, 0,925), Monteneqro çempionu (1,300 və ya 2,550), Makedoniya çempionu (1,050 və ya 2,300), I təsnifat mərhələsinin 2 qalibi
0