Millimizin futbolçusu darmadağını kənardan izlədi
27.05.2013 - 10:34
Millimizin futbolçusu darmadağını kənardan izlədi
21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Fatih Şanlının çıxış etdiyi “Berqiş Qladbax 09” Regionalliqada son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berqiş Qladbax təmsilçisi yaxınlarda millimizin alman məşqçisi Olaf Yansseni çalışdırıcı kimi gətirmək istəyən Köln “Viktoriya”sı ilə qarşılaşıb.

Bir tur öncədən Oberliqaya düşəcəyi rəsmiləşən “Berqiş Qladbax 09” qonaqlara aman verməyib – 4:0. Digər turlardan fərqli, Şanlıya “18-lik”də yer verilməyib. Bununla da onun komandası mövsümü 39 xalla 18-ci pillədə tamamlayıb.

Qeyd edək ki, Fatih Şanlı bugündən etibarən U-21-in “Dalğa Arena”da baş tutacaq hazırlıqlarına qoşulub. Toplanış iyunun 8-də Makedoniya ilə seçmə oyun üçün keçirilir.