Avroliqa: Azərbaycan klublarının mümkün rəqibləri – SİYAHI
27.05.2013 - 12:04
Avroliqa: Azərbaycan klublarının mümkün rəqibləri – SİYAHI


Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq 76 komandadan 68-i müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iştirakçıların çoxunun iyunun 24-də atılacaq püşkatma mərasimində hansı səbətdə yer alacağı dəqiqləşib.

Azərbaycan təmsilçiləri – “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”in də qərarlaşdığı səpələnmişlər səbətində 38 komandadan 33-ü məlumdur. Digər 5 komandadan 1-i Macarıstanı təmsil edəcək. Son 4 vəsiqə isə qeyri-müəyyəndir.

Həmin 4 komanda hansı səbətdə yer alacağı bilinməyən 7 iştirakçı sırasından seçiləcək. Bu “yeddilik”də də 4 komandanın adı dəqiqləşməyib.

Təmsilçilərimizin potensial rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində isə 38 komandadan 32-si bilinir. Daha 3 komandadan 2-si Makedoniya, 1-i San-Marinonu təmsil edəcək. Digər 3 yer isə qeydi-müəyyəndir.

32 rəqibdən 10-u son günlər ərzində bu siyahıya daxil olub. Bunlar “Qlentoran”, “Milsami”, “Teteks”, “Jeness”, “Çixura”, “Çelik”, “Hibernians”, “Slima”, “Santa Koloma”, “El Fiorita”dır.

Səpələnmişlər: “Rusenborq” (Norveç, 16,835), “Jilina” (Slovakiya, 15,841), “Levski” (Bolqarıstan, 11,950), MOİK (Bolqarıstan, 8,450), “Fehervar” (Macarıstan, 7,850), “Ventspils” (Latviya, 6,658), “Tromse” (Norveç, 6,335), “Aktobe” (Qazaxıstan, 6,191), “Dinamo” (Belarus, 6,175), “Sent Patriks” (İrlandiya, 5,975), “Qarabağ” (Azərbaycan, 5,708), “Voyvodina” (Serbiya, 5,425), “Malmö” (İsveç, 5,125), “Sarayevo” (Bosniya və Herseqovina, 5,066), Macarıstan komandası (4,604-16,104), “Reykyavik” (İslandiya, 4,583), “Düdelanj” (Lüksemburq, 4,425), “İnter” (Finlandiya, 4,201), “Daçiya” (Moldova, 4,033), “Levadiya” (Estoniya, 3,941), “Linfild” (Şimali İrlandiya, 3,866), “Valetta” (Malta, 3,791), “Differdanj” (Lüksemburq, 3,675), “Metallurq” (Latviya, 3,658), “Gefle” (İsveç, 3,625), “Pünik” (Ermənistan, 3,600), “İnter” (Azərbaycan, 3,458), “Skonto” (Latviya, 3,408), “Borats” (Bosniya və Herseqovina, 3,316), “Suduva” (Litva, 3,300), “Vaduts” (Lixtenşteyn, 3,200), “Flora” (Estoniya, 3,191), “Xəzər Lənkəran” (Azərbaycan, 2,958), “Torshavn” (Farer adaları, 2,816), 4-ü qeyri-müəyyən.

Səpələnməmişlər: “Qlentoran” (Şimali İrlandiya, 2,366), “Milsami” (Moldova, 2,283), “Torpedo” (Gürcüstan, 2,083), “Teteks” (Makedoniya, 2,050), Makedoniya komandası (2,050-2,300), “İrtış” (Qazaxıstan, 1,941), “Jeness” (Lüksemburq, 1,921), “Kruzaders” (Şimali İrlandiya, 1,866), “Santa Koloma” (Andorra, 1,850), “Çixura” (Gürcüstan, 1,833), “Jalgiris” (Litva, 1,800), “Mariehamn” (Finlandiya, 1,701), “Mika” (Ermənistan, 1,600), “Vestmannaeyar” (İslandiya, 1,583), “Çelik” (Monteneqro, 1,550), “Hibernians” (Malta, 1,541), “Slima” (Malta, 1,541), “Tiraspol” (Moldova, 1,533), “Droeda” (İrlandiya, 1,475), “Trans” (Estoniya, 1,441), “Qandzasar” (Ermənistan, 1,350), “Kruoya” (Litva, 1,300), “Astana” (Qazaxıstan, 1,191), “Laçi” (Albaniya, 1,083), “Teuta” (Albaniya, 1,083), “Vikinqur” (Farer adaları, 1,066), Makedoniya komandası (1,050-2,050), “Kukesi” (Albaniya, 0,833), “Santa Koloma” (Andorra, 0,833), “Fulafyordur” (Farer adaları, 0,566), “Brayton” (Uels, 0,516), “Prestatin” (Uels, 0,516), “Bala Taun” (Uels, 0,516), “Fiorita” (San-Marino, 0,383), San-Marino komandası (0,383-1,383), 3-ü qeyri-müəyyən.

Qeyri-müəyyənlər: TPS (Finlandiya, 2,701), “Breydablik” (İslandiya, 2,583), “Domjale” (Slovakiya, 2,441), Monteneqrodan 2, Macarıstan və Sloveniya hərəsindən 1
komanda