“Neftçi”yə qol vurmağa çalışacağam”
27.05.2013 - 13:20
“Mən “Neftçi”nin yetirməsi olsam da, indi başqa komandada çıxış edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov deyib.
Lənkəran klubunun sabiq kapitanı və məşqçisi Zaur Ramazanovun kiçik qardaşı olan gənc hücumçu “Neftçi”nin yetirməsidir. Belə ki, vaxtilə bu komandanın əvəzedici heyətinin ən sərrast oyunçusu olan Ağabala artıq bir müddətdir cənub klubunun şərəfini qoruyur.
Ramazanov sabah Azərbaycan kuboku uğrunda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final matçında keçmiş komandasına qol vurmaq fikrindədir: “Mən “Neftçi”də yetişmişəm. Ancaq indi “Xəzər Lənkəran”da oynayıramsa, deməli, sabah rəqibik. İnşallah, “Neftçi”yə qol vurmağa çalışacağam”.
Mehman SÜLEYMANOV

0
0