Yuri Fomenko və İbrahima Niasse “İnter”dən gedir?
27.05.2013 - 15:10
“İnter” heyətindən uzaqlaşdırdığı futbolçuların əvəzinə yeni transferlər etməyə hazırlaşdığı bir vaxtda klubla müqaviləsi bitmiş oyunçularla da ortaq məxrəcə gəlmək istəyir. Apasport.az saytının məlumatına görə, artıq Georgi Lomaya, Baçana Sxadadze, Ruslan Əmircanov, Arif Daşdəmirov və Elşən Poladovla yeni müqavilə bağlamaq mümkün olub.
Ancaq “bankirlər”in bəzi futbolçularına digər imkanlı klublardan təklif gəlincə, vəziyyət bir qədər mürəkkəbləşir. Belə ki, “İnter” ukraynalı hücumçu Yuri Fomenko və seneqallı yarımmüdafiəçi İbrahima Niasse ilə ortaq məxrəcə gələ bilmir.
Buna səbəb isə Fomenkonun “Bakı”, Niassenin isə “Qəbələ”nin maraq dairəsində olmasıdır. Maliyyə şərtlərinə görə “İnter”i qabaqlasalar da, “bankirlər”in bu 2 klubdan üstünlüyü avrokuboklarda iştirak etməsidir. Ona görə də bürünc mükafatçı hər 2 futbolçudan yeni müqavilə bağlamağı gözləyir.

0
0