“Mançester Yunayted” üçün 5 azərbaycanlı futbolçu - FOTOSESSİYA
27.05.2013 - 15:03
“Bakcell” şirkəti “Bakcell ilə futbol” proqramı çərçivəsində yeni layihəyə start verib. Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted"lə əməkdaşlıq edən şirkət Azərbaycan futboluna yatırım etməkdə davam edir.
Bundan əvvəl “Bakcell ilə futbol” proqramı çərçivəsində 8-ci km stadionunu “Bakcell Arena”ya çevirən, Bakının müxtəlif rayonlarında tam təminatlı futbol meydançalarını istifadəyə verən şirkət, Mançester təmsilçisinin məktəbinin məşqçilərini Azərbaycana gətirir. Bununla futbola sərmayə yatırımını yeni müstəviyə çıxaran “Bakcell” azərbaycanlı gənclərə istedadlarını ortaya çıxarmaq və gələcəyin ulduzlarına çevrilmək imkanı yaradır.
Dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” Devid Bekhem, Pol Skoulz və Rayan Qiqqz kimi əfsanələri bəxş edib. AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında - Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda məktəbə seçim turları təşkil olunacaq. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad iyunun 24-28-də Bakıda, “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər.
Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançesterə səfər edib, əfsanəvi “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də, komandanın təlim-məşq bazasını görə biləcəklər.
Layihənin başlanğıcı ilə bağlı təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov və “Bakcell”in baş marketinq direktoru Aynur Abjanova iştirak edib. Assosiasiyanın təmsilçisi layihə haqda fikirlərini açıqlayıb: "Sevindirici haldır ki, AFFA ilə “Bakcell” şirkəti arasında əməkdaşlıq yüksələn xətt üzrə davam edir. Bir müddət əvvəl dünyanın tanınmış futbol veteranlarının iştirakı ilə start verilmiş "Futbol Bakcell ilə" layihəsi ictimaiyyətin böyük marağına səbəb oldu. Bunun ardınca AFFA və “Bakcell” daha bir diqqətçəkən layihənin icrasına başlamaq ərəfəsindədir. “Bakcell” tərəfindən dünyanın tanınmış klublarından olan "Mançester Yunayted" klubunun Futbol məktəbinin məşqçilərinin ölkəmizə dəvət olunması, onların burada seleksiya prosesi aparması futbolumuzun inkişafı üçün önəmli hadisədir. Ümidvaram ki, bu layihə çərçivəsində seçilmiş uşaqlar dünya futbolunun tanınmış simalarına çevrilə biləcəklər".
Abjanova isə bildirib ki, “Mançester Yunayted və AFFA ilə birlikdə həyata keçirilən iki mühüm layihə vasitəsi ilə “Bakcell” şirkəti Azərbaycan futbolunun inkişafına böyük diqqət və qayğı göstərməkdədir: “Bu gün biz böyük məmnuniyyətlə bu iki layihəni birləşdirib, Azərbaycanda “Mançester Yunayted” Futbol Məktəbini təşkil etmişik. İnanırıq ki, ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan gənclər Azərbaycan futbolunun gələcəyinə öz qiymətli töhfələrini verəcəklər. Azərbaycanda keçiriləcək “Mançester Yunayted” Futbol Məktəbi məşhur brendlər, peşəkar futbol, gözəl məkanlar və gənc insanları bir araya gətirən unikal bir layihədir”.
Mənbə: affa.az

0
0