Erik Ramos: “Xəzər Lənkəran”la oynamaq ayrıca bir motivasiyadır
27.05.2013 - 17:08
“Kubokun finalında oynamaq yaxşı motivasiyadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos bu gün keçirilən mətbuat konfransında deyib.
Azərbaycan kuboku uğrunda “Xəzər Lənkəran”la final oyunu öncəsi jurnalistlərin qarşısına çıxan paraqvaylı yarımmüdafiəçi mövsümü major notda başa vurmaq istədiklərini bildirib: “Biz artıq çempion olmuşuq və kuboku da qazanmaq imkanımız var. Buna nail olsaq, “qızıl dubl” etmiş olacağıq. Bu, gözəl motivasiyadır. “Xəzər Lənkəran”la oynamaq isə ayrıca bir motivasiyadır. Mövsümü “qızıl dubl”la baş vursaq, bu, bizim üçün avrokuboklar öncəsi yaxşı bir başlanğıc olacaq”.
Mehman SÜLEYMANOV

0
0