Yerinə düşən oyun
27.05.2013 - 18:00
Sabah Azərbaycanda 2012/13 futbol mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mübarizə “Neftçi” ilə “Xəzər Lənkəran” arasında Azərbaycan kubokunun final oyunu ilə başa çatacaq və növbəti çempionatın start veriləcəyi avqustun əvvəlinədək fasilə olacaq.
Adətən ölkə kubokunun final matçı qitə miqyaslı turnirə sonuncu vəsiqəni müəyyənləşdirir. Ancaq iş elə gətirdi ki, ardıcıl 2-ci il həlledici oyunadək bütün iştirakçılar bəlli olur.
Belə ki, ötən il “Neftçi” qızıl medallar qazananda, “Bakı” finalçı kimi Avropa Liqasına vəsiqə əldə etdi. İndi isə buna məhz “zolaqlılar”ı mübarizədən kənarlaşdıran “Xəzər Lənkəran” nail oldu.
Bir müddətlik fasilədən sonra yenidən mayın 28-də - Respublika günündə keçiriləcək kubokun final matçının iştirakçılarının turnirlə bağlı fərqli vəziyyətdədir. Belə ki, “Neftçi” kuboku “Kəpəz” kimi ən çox qazananlardan (4 dəfə) olsa da, buna sonuncu dəfə 2004-cü ildə, yəni “Xəzər Lənkəran” yaranana kimi sahib olub. Lənkəranlılar isə 9 ildə 3 dəfə kuboku başı üzərinə qaldırıb: 2007, 2008 və 2011-ci illərdə. Yəni, cənub təmsilçisi kuboku yenə qazansa, “Neftçi”yə çatacaq.
Bu komandalar arasında “Böyük oyun” kimi tanınan duelin əsas özəlliklərindən biri ilk dəfə finala təsadüf etməyidir. Yəni “Neftçi” - “Xəzər Lənkəran” matçı çox keçirilsə də, bu, heç vaxt ölkə kubokunun son oyununda olmamışdı. Ümumiyyətlə, prinsipial rəqiblər arxada qalan 9 ildə bu turnirdə cəmi 1 dəfə üzləşiblər. O da lənkəranlıların sonuncu dəfə kuboku qazandığı 2011-ci ildə olub.
Həmin vaxt 1/4 finalda yolları kəsişən komandaların Respublika stadionunda ilk oyunu “Xəzər Lənkəran”ın 4:3 hesablı qələbəsi ilə nəticələnib. Lənkəranda cavab matçında 1:1 hesablı bərabərliyə qalan meydan sahibləri növbəti mərhələyə vəsiqə qazandı.
“Neftçi” ilə “Xəzər Lənkəran” arasında “altılıq” oyunları daha çox maraq doğursa da, bu dəfə istisna oldu. Belə ki, lənkəranlılar ilk “altılığ”a vəsiqə qazana bilmədiyindən, medallar uğrunda mübarizədən kənarda qaldılar. Ancaq barışmaz rəqiblərin həlledici oyunda üzləşməyi qismətdə varmış və bunun finalda olmağı lap yerinə düşdü. Hər halda, bununla 1 ayda 2 “Böyük oyun” olacaq.
Azərbaycanda Superkubok 18 illik fasilədən sonra bərpa olunur və finalın nəticəsindən asılı olmayaraq, “Neftçi” ilə “Xəzər Lənkəran” həmin oyunda da mübarizə aparacaqlar.
Bunun isə klublarımızın avrokuboklarda növbəti mövsümdən 1 həftə öncə, iyunun 27-28-i keçirilməyi planlaşdırılıb. Sadəcə, “Xəzər Lənkəran” iyulun 4-də Avroliqada ilk oyununu səfərdə keçirərsə, Superkubokun vaxtı dəyişdirilə bilər.
Azərbaycan kuboku
Final
20:00. “Neftçi” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
0