AZAL-ın sabiq futbolçuları Polşa ilə oyuna çağırıldı
27.05.2013 - 18:08
AZAL-ın sabiq futbolçuları Polşa ilə oyuna çağırıldı
Moldova yığmasının baş məşqçisi İon Karas iyunun 7-də Kişinyovun “Zimbru” stadionunda baş tutacaq Polşa yığması ilə DÇ-2014-ün seçmə mərhələ oyununa heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, Karas ilkin olaraq 32 futbolçuya dəvət göndərib.

Ancaq sonradan bu siyahı 23-ə salınacaq. Siyahıda ölkəmizdə top qovmuş futbolçulardan hazırda “Akademiya” və “Rapid”də çıxış edən Artur Patraşla Anatoli Doroş da var.

Qeyd edk ki, Patraş cari mövsümün ilk 6 ayını AZAL-da keçirib. Doroş isə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik” və “Simurq”da çıxış edib. O vaxt “Olimpik” adlanan klub indiki AZAL-dır.
0