“Bavariya” Riberini 2017-ci ilə qədər komandada saxlayır
27.05.2013 - 19:26
“Bavariya” Riberini 2017-ci ilə qədər komandada saxlayır
Bu mövsüm Çempionlar Liqasının qalibi olan “Bavariya” yarımmüdafiəçisi Frank Riberini yenidən komandada saxlamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, fransalı futbolçunun hələ 2015-ci ilə qədər qüvvədə olan müqaviləsini Münhen klubu daha iki il də uzatmaq istəyir.

“Bavariya” rəhbərliyi artıq Riberi ilə danışıqlara başlayıb və onunla razılığa gəlmək üzrədir.

Qeyd edək ki, Frank Riberi daha əvvəl peşəkar karyerasını “Bavariya”da başa vurmaq istədiyini bildirmişdi.