Yığmamızın rəqibi 26 futbolçuya dəvət göndərdi
27.05.2013 - 19:56
Yığmamızın rəqibi 26 futbolçuya dəvət göndərdi
Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu DÇ-2014-ün seçmə mərhələsində Rusiya və Xorvatiya yığmasına ilə yoldaşlıq oyunu üçün futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis sərəncamına 26 oyunçu dəvət edib.

Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi və eyni sayda isə hücumçudur.

Qeyd edək ki, ya DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan Portuqaliya Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Paulu Bentunun yetirmələri şimal qonşularımızla iyunun 7-də, Lissabonda qarşılaşacaq.


Qapıçılar: Ruy Patrisio (“Sportinq”), Betu (“Sevilya”, İspaniya), Eduardu (“İstanbul BB”, Türkiyə)

Müdafiəçilər: Juan Pereyra (“Valensiya”, İspaniya), Fabio Koentrao (“Real”, İspaniya), Silviyo (“Deportivo”, İspaniya), Bruno Alveş, Luiş Netu (“Zenit”, Rusiya), Sereno (“Valyadolid”, İspaniya), Rikardu Koşta (“Valensiya”, İspaniya)

Yarımmüdafiəçilər: Andre Martinş (“Sportinq”), Raul Meyreleş (“Fənərbaxça”, Türkiyə), Miqel Velozu (“Dinamo”, Ukrayna), Juan Moutinyo (“Monako”, Fransa), Kuştodiu (“Braqa”), Paula Maşadu (“Olimpiakos”, Yunanıstan), Ruben Amorim (“Benfika”), Ruben Mikael (“Atletiko”, İspaniya)

Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Miqel Danni (“Zenit”, Rusiya), Varela (Portu), Vieyrinya (“Volfsburq”, Almaniya), Elder Poştiqa (“Saraqosa”, İspaniya), Uqa Almeyda (“Beşiktaş”, Türkiyə), Nani (“Mançester Yunayted”, İngiltərə), Nelson Oliveyra (“Deportivo”, İspaniya)