Del Boske Kasilyas və Vilyanı da heyətə çağırdı
27.05.2013 - 20:10
Del Boske Kasilyas və Vilyanı da heyətə çağırdı
İspaniya milli komandasının baş məşqçisi Visente del Boske gələn ay Braziliyada keçiriləcək Konfederasiyalar Kuboku üçün genişləndirilmiş siyahını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı ilkin heyətə 26 futbolçu dəvət edib.

Del Boske “Real”ın uzun müddətdir ehtiyat oyunçular skamyasında əyləşən qapıçısı İker Kasilyasa və “Barselona”nın heyətində son günlər forma şansı əldə etməkdə çətinlik çəkən David Vilyaya da dəvət göndərib.

Qeyd edək ki, Konfederasiyalar Kuboku üçün yekun sifarişdə 23 futbolçunun adı yer alacaq.