Karlo Ançelotti: İbrahimoviç satılmağını xahiş etmədi
27.05.2013 - 22:40
PSJ-nin baş məşqçisi Karlo Ançelotti Zlatan İbrahimoviçin klubun rəhbərliyindən onu başqa komandaya buraxmağı xahiş edəcəyi xəbərlərinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı bunları təkzib edib.
Ançelotti İsveç millisinin hücumçusunun belə sözlər demədiyini bildirib: “Bu yalandır, Zlatan satılmağını xahiş etmədi. Bizim digər oyunçularla bərabər yaxşı münasibətlərimiz var. Mən şadam ki, onlar mənim qalmağımı istəyirlər. Çünki bu onu bildirir ki, onların mənimlə işləməyim xoşuna gəldi. Həmçinin mənim də onlarla işləməyim xoşuma gəldi. İbrahimoviçin çox yaxşı mövsüm keçirə biləcəyinə inanırdım. Ona çətin olacaqdı belə yüksək səviyyədə oynamaq. Axı Zlatan üçün bu yeni çempionat idi. O, Fransa çempionatında PSJ-nin zəfər qazanmasının əsas amillərindən biri oldu. Çünki İbrahimoviç hər oyunda öz xarakterini və peşəkarlığını göstərirdi”.
Qeyd edək ki, daha əvvəl məlumat yayıldı ki, Ançelottinin ardınca İbrahimoviç də Paris klubunu tərk etmək üçün rəhbərlikdən onu satılmağını xahiş edib.

0
0