Rafael Benites rəsmən “Napoli”də - FOTO
28.05.2013 - 02:30
Rafael Benites rəsmən “Napoli”də - FOTO
“Çelsi”nin baş məşqçisi Rafael Benites rəsmən “Napoli”də. Apasport.az saytının məlumatına görə, bunu Neapol təmsilçisi prezidenti Aurelio De Laurentis də təsdiqləyib.

Belə ki, klub rəhbəri “Twitter”də ispaniyalı çalışdırıcı ilə bir yerdə şəklini paylaşaraq bu sözləri yazıb: “Benites “Napoli”nin yeni baş məşqçisidir. O, dünya səviyyəli bir lidrdir”.

Qeyd edək ki, bu mövsüm “Çelsi”yə Avropa Liqasını qazandıran Rafael Benites İtaliya klubunda Valter Massarini əvəzləyib.