“Əziz Yıldırım və “Fənərbaxça” cəzalanacaq”
28.05.2013 - 03:02
“Əziz Yıldırım və “Fənərbaxça” cəzalanacaq”
“Qalatasaray”ın prezidenti Ünal Aysal “Fənərbaxça” ilə bağlı maraqlı iddia ortaya atıb. Apasport.az saytının məlumatına görə, klub rəhbəri 2010-2011 mövsümünün sonunda adı oyun alqı-satqısında hallanan və uzun müddət həbsxanada saxlanılan Əziz Yıldımın və “sarı bülbüllər”in bu işdən zərər çəkəcəyini bildirib.

Aysal əzəli rəqiblərini düşmən hesab etmir: “Artıq bundan 2 il keçdi. Məhkəmələr nəticəsində Əziz Yıldırım və “Fənərbaxça” cəzalanacaq. Həmin zaman ağıllı bir tədbir alınmadı. Biz düşmən deyilik. Bir çox mənafeyimiz var. “Fənərbaxça”nın Superliqadan göndərilməsi, bizim işimizi çətinləşdirər. Çünki bizim pula ehtiyacımız var. Mən 52 min nəfərlik stadionu necə dolduracağam? Rəqabət olacaq ki, azarkeşlər stadiona gələcək”.