Fatih Təkkəyə “Trabzonspor”da yeni vəzifə verildi
28.05.2013 - 04:18
Fatih Təkkəyə “Trabzonspor”da yeni vəzifə verildi
“Trabzonspor”un sabiq futbolçusu Fatih Təkkə Qara dəniz klubunda yeni vəzifəyə təyin edilib. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisinin yeni prezidenti İbrahim Hacıosmanoğlu veteran futbolçunu komandanın idman direktoru olduğunu açıqlayıb.

Qeyd edək ki, Təkkə 1994-2000 və 2002-2006-cı illər arasında “Trabzonspor”un formasını geyinib. Fatihin sonuncu klubu isə “Orduspor” olub.