İngiltərə Futbol Assosiasiyası azarkeşlərindən xahiş etdi
28.05.2013 - 05:00
İngiltərə Futbol Assosiasiyası azarkeşlərindən xahiş etdi
İngiltərə Futbol Assosiasiyası İrlandiya yığması ilə yoldaşlıq matçı öncəsi azarkeşlərinə müraciət edib. Apasport.az saytının məlumatına görə, assosiasiyası rəhbərliyi qonaq komandanın vətəninin ünvanına təhqiredici mahnılar oxmamalarını istəyib.

Bu komandalar arasında görüş çərşənbə günü London şəhərinin “Uembli” stadionunda keçiriləcək. Gözlənilir ki, təxminən 10 min irlandiyalı azarkeş oyunu izləməyə gəlsin. İngiltərə Futbol Assosiasiyası matça bilet almış hər bir ingilisə rəqibin ünvanına təhqiredici mahnılar söyləməmək üçün xahiş edib.

Qeyd edək ki, İngiltərə ilə İrlandiya arasında son matç 18 il əvvəl Dublində baş tutub. Həmin görüş tribunalarda kütləvi qarışıqlıqlara görə 27-ci dəqiqədə dayandırılıb.