Miroslav Kloze “Latsio”da qalır
28.05.2013 - 05:45
“Latsio”nun hücumçusu Miroslav Kloze bu yay Roma klubunu tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, bu haqda almaniyalı futbolçunun özü bildirib.
34 yaşlı forvard bundan sonra da karyerasını Roma klubunda davam etdirəcəyini vurğulayıb. O, hələ ki paytaxt təmsilçisindən ayrılmaq niyyətində deyil.
Qeyd edək ki, Kloze “Latsio”ya 2011-ci ildə “Bavariya”dan keçib. Miroslav cari mövsümdə 36 matçda meydana çıxıb və rəqib qapılarından 16 top keçirib.

0
0