İtaliya klubları fransalı müdafiəçi ilə maraqlanır
28.05.2013 - 06:35
İtaliya klubları fransalı müdafiəçi ilə maraqlanır
“Valensiya”nın müdafiəçisi Adil Rami karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu ilə “İnter” və “Roma” yaxından maraqlanır.

Daha əvvəl 27 yaşlı oyunçunun özü də Avropanın böyük klublarında oynamaq istədiyini bildirmişdi. Artıq müdafiəçinin agenti hər iki klubla danışıqlara başlayıb. “Yarasalar”ın rəhbərliyi isə Ramini 15 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, Adil Rami cari mövsümdə “Valensiya”nın heyətində 25 matçda forma geyinib.