“Oser”in futbolçusu Bakıya gəlir
28.05.2013 - 09:43
17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək III “Caspian Cup” turnirinin iştirakçılarından olan Gürcüstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nodar Akobiya 18 futbolçunu paytaxtımıza gətirib.
Bu turnirin ötənilki finalında yığmamızı məğlub edərək qalib olan gürcülər bu dəfə də titulu qorumaq üçün Bakıya gəlib. Ancaq bu da faktdır ki, futbolçularımız artıq Bolqarıstanda UEFA-nın keçirdiyi “Development” mini turnirində qalib olan qonşularımızı Qazaxıstandakı “Prezident Kuboku”nda məğlub etməyi bacarıb (2:1).
Qapıçılar: Oto Qoşadze, Beka Kurdadze (hər ikisi “Vera”)
Müdafiəçilər: Vasili Polosti, Andro Rınok (hər ikisi “Dinamo” Tbilisi), Georgi Xaraişvili, Georgi Abelaşvili, Kotne Nadariya (Komnatı), Kaxaber Komaxidze (“Mayak” Kobuleti)
Yarımmüdafiəçilər: Nika Veliaşvili (Dövlət Məktəbi), Nika Laşxiya (General), Revaz Bidzinaşvili, Tengiz Qoşteliani (hər ikisi “Vera”)
Hücumçular: Georgi Arabidze (“Lokomotiv” Tbilisi), Georgi Tsivilaşvili (Vera), Georgi Beridze (“Çixura” Saçxere), Beka Mikeltadze (General), Georgi Zarya (Dövlət Məktəbi), Qriqol Çabradze (“Oser”, Fransa).
Qeyd edək ki, Gürcüstan yığması B qrupunda yarışacaq. Qərb qonşularımızın rəqibləri Qazaxıstan və Bolqarıstan milliləridir.

0
0