BİABIRÇILIQ: Final qalmaqalla yekunlaşdı
28.05.2013 - 21:53
Bu gün Azərbaycanda 2012/13 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Böyük oyun” avrokuboklardan başlayan uzun marafonun son nöqtəsi olub.
Ölkə kubokunun finalında ölkənin 2 aparıcı klubu - “Neftçi” və “Xəzər Lənkəran” üz-üzə gəlib. Derbi adını almış matçda hər iki komanda sözügedən kubokun həlledici mərhələsində ilk dəfə qarşılaşıb.
Maraqlı keçən oyunun birinci hissəsində hesab açılmayıb. İkinci yarıda da qapılara qol vurulmadığından əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqənin tamamında isə qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə ölkə çempionu “Neftçi” daha dəqiq oynayaraq, mövsümü “Qızıl dubl”la başa vurub - 5:3.
Qeyd edək ki, bu, “Neftçi”nin tarixində 5-ci Azərbaycan kuboku olub.
Azərbaycan kuboku, final.
“Neftçi” – “Xəzər Lənkəran” - 0:0 penaltilər seriyasında 5:3
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Əliyar Ağayev
Penaltilər seriyası: Kanales (1:0); Sialmas (1:0); Bertuççi (2:0); Ramazanov (2:1); Flavinyo (3:1); Əmirquliyev (3:2); Şükürov (4:2); Tounkara (4:3); Sadiqov, (5:3)
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Baş məşqçi: Böyükağa Hacıyev
“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k). 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara. 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə,
Baş məşqçi: Con Toşak
Az sonra startı veriləcək final matçı möhtəşəm ifa ilə başlayıb. Belə ki, Azərbaycan himnini bu dəfə ölkəmizdə top qovan legionerlər oxudu.
Hakimin start fiti. Oyuna lənkəranlılar başladı.
“Xəzər Lənkəran”ın sag cinahdan hücumu fayda vermir.
Todorov Skarlatakenin ötürməsinə çata bilmədi.
Meydanın mərkəzində Sadiqovun ötürməsindən sonra top Rahidin əlinə dəyir.
“Xəzər Lənkəran” hücum qurmaqda çətinlik çəkir.
Ağabala Ramazanov cərimə meydançası daxilində “Neftçi” müdafiəçilərinə həyəcan yaradır.
Saşa Todorovun qapı qarşısına ötürməsini çətinlik çəkmədən tutur.
Vobayın zərbəsi istədiyi kimi alınmır. Ardınca Kanales Allahverdiyə qarşı kobud oynayır.
“Neftçi” təhlükəli hücum qurur. Amma Kanales Arazın qapı qarşısına ötürməsinə çata bilmədi.
“Neftçi” korner vurur. Doblas topu tutmaqda çətinlik çəkmir.
Ramos meydanın mərkəzinə Orsuliçi yıxır.
Azaın zərbəsi qapıdan xeyli aralı keçir.
“Xəzər Lənkəran” ilk künc zərbəsini vuracaq. Stamenkoviç topu uzaqlaşdırır.
Sadiqovun zərbəsi qapının üstündən keçdi.
İlk yarıya 1 dəqiqə əlavə edilir.
Şükürov Marinə qarşı kobudluq edir.
Fasilə
İkinci hissə başladı
Eder Bonfim Sadio Tounkara ilə əvəzlənir.
“Neftçi” qol vurmağa yaxın olur. Top qapının üstündən keçdi.
Sadionun ötürməsindən sonra Abdullayevin zərbəsini qapıçı tutur.
“Xəzər Lənkəran”da növbəti dəyişiklik. Orsuliçi Sialmas əvəzləyir.
Flavinyonun uzaqdan zərbəsini Doblas dəf edir.
Futbolçular arasında qalmaqal düşür. Toşak Elnur Allahverdiyevi sakitləşdirmək üçün meydana çıxır.
Bertuççinin yerinə yetirdiyi cərimə zərbəsi qapının yanından keçir.
Ramos Abdullayevə qarşı kobud oynayır.
Ramos yenə kobud oynayır. O, bu dəfə Əmirquluyevi yıxır.
Toşadan üçüncü əvəzetmə. O, Vandersonun yerinə meydana Uğuru buraxır.
Sadio sarı vərəqə ilə cəzalandırılır.
Tounkaranın zərbəsi təhlükəli alındı. Stamenkoviç topu kornerə çıxarır.
Sadionun növbəti zərbəsi müdafiəçiyə çarpıb qapı xəttindən çıxır. “Xəzər Lənkəran” ardıcıl ikinci künc zərbəsi vuracaq. Stamenkoviç yenə komandasını qoldan xilas edir.
Denis Sialmasa qarşı kobud oynadığı üçün qarşısında sarı vərəqə görür.
“Xəzər Lənkəran” cərimə zərbəsi vuracaq. Skarlatakenin zərbəsi qeyri-dəqiqdi.
Vobayın başla zərbəsi qapıdan aralı keçir.
Alvaro Silva Sadiqovun qarşısını kobudluqla aldığı üçün sarı vərəqə ilə cəzalandırılır. Şükürovun cərimə zərbəsi təhlükəli alınır.
İkinci hissəyə 3 dəqiqə əlavə olunur.
Matçın əsas hissəsi qolsuz bərabərliklə başa çatır. Rəqiblər hərəsi 15 dəqiqə olmaqla daha 2 hissə mübarizə aparacaq.
Əlavə vaxt başladı.
Elvin Yunuszadənin başla zərbəsi təhlükəli alındı.
Araz Abdullayevə sarı vərəqə göstərilir. Hakimə etiraz etdiyi üçün ehtiyat oyunçular skamyasında oturan Vanderson də sarı vərə alır.
Araz Emin Mehdiyevlə əvəzlənir.
Sadiqov meydanın mərkəzində Rahidin qarşısını kobudluqla alır.
Mahir sag cinahdan irəliləyib qapıya qeyri-dəqiq zərbə vurur.
Oyuna əlavə edilən ilk 15 dəqiqə başa çatır. Komandalar meydandakı mövqelərini dəyişib daha 15 dəqiqə mübarizə aparacaq.
Şükürov Pamuka qarşı kobud oynayır.
Doblas Mehdiyevin zərbəsini tutmaqda çətinlik çəkmir.
Sialmas cərimə meydançası daxilində yıxılsa da, hakim qaydanın pozulmadığını bildirir.
Bertuççinin zərbəsindən sonra top Əmirquliyevə dəyib kornerə çıxır.
Şükürov sarı vərəqə ilə cəzalandırılır.
120 dəqiqədə qapılara top vurulmur. Qalib penaltilər seriyasında bəlli olacaq.
İlk zərbəni Neftçi vurur.
Kanales (1:0); Sialmas (1:0); Bertuççi (2:0); Ramazanov (2:1); Flavinyo (3:1); Əmirquliyev (3:2); Şükürov (4:2); Tounkara (4:3); Sadiqov, (5:3)
Oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq olayın qarşısını almağa çalışıb. Hətta poliuslə yanaşı. PFL rəhbərliyi də insidentin böyüməsinə imkan verməməyə çalışıb.

0
0