Mirça Rednik: Məni heç kim qovmayıb, özüm getmişəm
28.05.2013 - 13:22
“Məni heç kim “Standard”dan qovmayıb”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı çalışdırıcı Belçika çempionatı sona çatan kimi “Standard”dan ayrılıb.
Lyej klubunun birinciliyi medalla tamamlaya bilməməsi və ən əsası Çempionlar Liqasına vəsiqə verən ilk 2 yerdən birini tuta bilməməsi 51 yaşlı məşqçinin ötən ilin oktyabrından çalışdırdığı komandanı tərk etməsinə səbəb olub.
Rednik onun komandadan qovulması ilə bağlı deyilənlərin həqiqət olmadığını bildirib: “Mən klub prezidenti Rolan Duşatellə görüşdüm. Başa düşdüm ki, rəhbərliyin mənim müqaviləmin müddətini uzatmaq fikri yoxdur. Belədə qərar verdim ki, gedim”.
Qeyd edək ki, “Xəzər Lənkəran”a 1 ölkə kuboku qazandıran Rednik “Standard”a qədər ölkəsinin Ployeşti klublarında - “Astra” və “Petrolul”da qısa müddət çalışmışdı.

0
0