Türkiyə millisinin sabiq qapıçısı Bakıda akademiya açdı
28.05.2013 - 18:43
“Fənərbaxça” və “Beşiktaş”nın sabiq qapıçısı Rüştü Rəcbər Bakıda uzun zamandır üzərində çalışdığı idman akademiyası açıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq fəaliyyətdə olan bu akademiyada veteran qolkiper uşaqlara qapıçılıqla bağlı dərslər keçəcək.
Azərbaycan kubokunun finalında “Neftçi” - “Xəzər Lənkəran” oyununu izləmək üçün paytaxtımızda olan Rüştüyə isə ən böyük dəstəyi “Xəzər Lənkəran”ın fəxri prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun verdiyi bildirilir.

0
0