Neymarın əvəzinə Robinyo
28.05.2013 - 19:45
Neymarın əvəzinə Robinyo
“Santos” “Barselona”ya transfer olunan Neymarın yerini sabiq futbolçusu ilə doldurmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Braziliya klubu “Milan”da forma şansı əldə etməkdə çətinlik çəkən Robinyo ilə yaxından maraqlanır.

“Santos” qışda bu transferi reallaşdırmaq istə də, milanlılar 29 yaşlı hücumçunu satmadı. Braziliya təmsilçisinin prezidenti Odilio Rodriqes Robinyo ilə yenidən maraqlandıqlarını təsdiq edib. Lakin “Milan”ın buna necə münasibət bildirəcəkləri isə maraqla gözlənilir.

Qeyd edək ki, Robinyo 2002-2005 və 2010-cu illərdə “Santos”un şərəfini qoruyub. Elə məhz o, “Real”a bu klubun heyətindən keçib.