Neymar: Xəyallarım həyata keçdi
28.05.2013 - 21:02
Neymar: Xəyallarım həyata keçdi
“Barselona”ya keçmək üçün qərar verməyim mənim üçün çətin oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Santos”un sabiq futbolçusu və “Barselona”nın yeni transferi Neymar deyib.

Braziliya milli komandasının hücumçusu Kataloniya klubuna keçidi haqqında danışıb: “Bu məsələdə valideynlərim mənə kömək etdilər. İndi çox xoşbəxtəm. Çünki xəyallarım həyata keçdi və yeni klubumun heyətində çıxış etməyə hazıram. İndiyə qədər fikirləşirəm ki, mən belə böyük komandanın heyətində oynayacağam. Amma hələ ki qarşıda keçiriləcək Konfederasiyalar Kuboku haqqında düşünürəm”.