“Neftçi” yeni rekorda imza atdı
28.05.2013 - 22:14
Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”ı penaltilər seriyasında məğlub edən “Neftçi” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu tarixində 5-ci dəfə bu kuboku qazanaraq, ölkəmizdə ən çox sözügedən mükafata sahib olan yeganə komanda ünvanını yiyələnib.
Buna qədər isə “Neftçi” “Kəpəz” ilə birgə 4 dəfə bu titulu qazanmışdı.
Qeyd edək ki, “ağ-qaralar” ilk dəfə Azərbaycan kubokuna 1994/1995 mövsümündə sahib olub.
Buna qədər isə “Neftçi” “Kəpəz” ilə birgə 4 dəfə bu titulu qazanmışdı.
Qeyd edək ki, “ağ-qaralar” ilk dəfə Azərbaycan kubokuna 1994/1995 mövsümündə sahib olub.
0
0