“Neftçi” rəsmisi “Xəzər Lənkəran”ın məşqçisini vurdu
28.05.2013 - 22:21
Mayın 28-də futbol üzrə Azərbaycan Kubokunda "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında final matçı keçirilib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun penaltilər seriyasında 5:3 hesabı ilə «Neftçi»nin xeyrinə başa çatıb.
Lent.az-ın məlumatına görə, oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq, olayın qarşısını almağa çalışıb. Hətta polislə yanaşı, Peşəkar Futbol Liqasının rəhbərliyi də insidentin böyüməsinə imkan verməməyə çalışıb.
Müxbirimizin məlumatına əsasən, «Neftçi»nin idman direktoru Güloğlan Cabbarov «Xəzər Lənkəran»ın məşqçisi Aleksii Plazanı vurub.

0
0