Böyükağa Hacıyevin “siftə”si
28.05.2013 - 23:40
Böyükağa Hacıyevin “siftə”si
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunda ilk dəfə qalib olub. Apasport.az saytının məlumatına görə, 3 qat ölkə çempionu həsrətinə XXI Azərbaycan kubokunun “Xəzər Lənkəran”la final oyununda son qoyub.

Hacıyev bu mükafatı qazanan 13-cü baş məşqçidir. Bu göstəricidə rekord isə Mehman Allahverdiyevə məxsusdur. O 4 dəfə bunu bacarıb. Ağasəlim Mircavadov 3, Kazbek Tuayevlə Əsgər Abdullayev hərəyə 2 dəfə kubokun qalibi olub. Digər 9 mütəxəssisin hərəyə 1 titulu var.

Qeyd edək ki, “Neftçi” qolsuz başa çatan finalın penaltilər seriyasında “Xəzər Lənkəran”ı 5:3 hesabı ilə məğlub edib.

mövsüm qalib
1992 Məmmədəli Məmmədov
1993 Ağasəlim Mircavadov
1993/94 Mehman Allahverdiyev
1994/95 Vaqif Sadıqov
1995/96 Kazbek Tuayev
1996/97 Mehman Allahverdiyev
1997/98 Mehman Allahverdiyev
1998/99 Əhməd Ələsgərov
1999/2000 Mehman Allahverdiyev
2000/01 Əsgər Abdullayev
2003/04 Kazbek Tuayev
2004/05 Əsgər Abdullayev
2005/06 Böyükağa Ağayev
2006/07 Ağasəlim Mircavadov
2007/08 Ağasəlim Mircavadov
2008/09 Qurban Qurbanov
2009/10 Cüneyt.Biçər
2010/11 Mirça Rednik
2011/12 Novruz .Əzimov
2012/13 Böyükağa Hacıyev
0