Mübariz Mənsimov: Siz qəhrəmansınız
29.05.2013 - 03:10
Mübariz Mənsimov: Siz qəhrəmansınız
Azərbaycan kubokunun final oyunundan sonra “Xəzər Lənkəran”nın soyunub-geyinmə otağında maraqlı anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, final matçı başa çatandan sonra meydanda yaşanan qarşıdurmanın ardından klubun fəxri prezidenti Mübariz Mənsimov VİP tribunadan bir başa komandanın paltar dəyişmə otağına yollanıb.

İçəri daxil olan Mənsimov futbolçulara təsiredici anlar yaşadıb: “Siz qəhrəmansınız, yıxdılar, əzdilər, döydülər, amma yenə də vuruşdunuz”.

Bu sözlərdən şoka düşən futbolçular özlərinə gəlməmiş Mübariz Mənsimov onlara yaxınlaşaraq bir-bir görüşərək qucaqlaşıb. Qanına qəltan edilmiş oyunçuları öpüb bağrına basıb. Futbolçulara sonda bir daha təşəkkür edən Mənsimov daha sonra soyunub-geyinmə otağını tərk edib.

Kuboku qazana bilmədiklərinə görə fəxri prezidentin narazı fikirlərini eşidəcəklərini ümid edən futbolçular Mənsimovun səmimiyyətinə və ədalətli mövqeyinə heyran qaldıqlarından hələ bir müddət özlərinə gələ bilməyiblər.

Mənbə: 12cioyuncu.info