Daha bir potensial rəqib
29.05.2013 - 07:53
Daha bir potensial rəqib
Çempionlar liqasında çıxış edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, San-Marino çempionunun adına aydınlıq gəlib. Olimpiya sistemi ilə keçirilən final mərhələsinin həlledici oyununda qalib gələn “Tre Penne” ardıcıl 2-ci dəfə titula yiyələnib. Komanda “Libertas”la qolsuz bitən final matçının penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəlib.

Bununla da “Tre Penne” Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanıb. Burada“Streymur” (Farer adaları), “Lusitanos” (Andorra), “Şirak”la (Ermənistan) mübarizə aparacaq san-marinolular II təsnifat mərhələsinə 2 vəsiqədən birini əldə etməyə çalışacaq. Həmin 2 komanda isə püşk zamanı Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibi olacaq.