“Qəbələ” qazandı, “Bakı” darmadağın oldu – YENİLƏNİB
29.05.2013 - 21:02
Bu gün II Qəbələ kuboku start götürüb. Apasport.az saytının məlumatına görə, 15 yaşadək futbolçular arasında təşkil olunan beynəlxalq turnirdə 8 klub mübarizə aparır.
İlk oyun günündə komandalar 2 turun oyunlarını keçirib. Səhər baş tutan ilk matçlar artıq arxada qalıb. Baş tutan 4 görüşdə cəmi 4 qol vurulub.
Yarışda Azərbaycanı təmsil edən 2 komandadan biri – “Qəbələ” 1 xalla kifayətlənib. “Bakı” isə turnirdə məğlubiyyətlə debüt edib. Müvafiq olaraq “Şaxtyor” və “Zenit”lə görüşən təmsilçilərimizin hər ikisinin matçında 2 qol vurulub. Meydan sahibləri 1 qola imza atıbsa, bakılılar isə qolsuz məğlub olub.
İlk turda Rusiya və Pireney təmsilçiləri qalib gələ bilib. “Barselona” A, “Portu” ilə “Zenit” isə B qrupundakı ilk matçını qələbə ilə başa vuraraq zirvəni ələ keçirib.
“Qəbələ” 2-ci görüşündə “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib. “Şaxtyor” isə “Barselona” ilə xalları yarı bölüb - 1:1.
B qrupunda isə digər təmsilçimiz “Bakı” yenə uduzub. Bu dəfə paytaxt klubu “Portu”ya darmadağın olub. “Feyenoord” – “Zenit” görüşündə isə hollandiyalılar qələbə qazanıb.
I tur
A qrupu
“Qəbələ” (Azərbaycan) – “Şaxtyor” (Ukrayna) - 1:1
“Beşiktaş” (Türkiyə) – “Barselona” (İspaniya) - 1:3
B qrupu
“Portu” (Portuqaliya) – “Feyenoord” (Hollandiya) - 1:0
“Bakı” (Azərbaycan) – “Zenit” (Rusiya) - 0:2
II tur
A qrupu
“Qəbələ” – “Beşiktaş” - 2:0
“Şaxtyor” – “Barselona” - 1:1
B qrupu
“Portu” – “Bakı” - 6:0
“Feyenoord” – “Zenit” - 2:0

0
0