Böyükağa Hacıyev: O, hələ xəyallar dünyasındadır
29.05.2013 - 09:19
“Komandamın fiziki hazırlığını özüm verirəm. Mən əlimin atında olan “material”ın nəyə qadir olduğunu bilirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Başa çatan mövsümdə “qızıl dubl” edən 55 yaşlı mütəxəssis komandasının fiziki hazırlığının qaydasında olduğunu bildirib: “Lazım gəlsə, “Neftçi” 150 dəqiqə də oynayacaq. Mən Antalyada gündə 3 məşq verəndə, bəzi insanlar dodaq büzdü. Həmin hazırlığın nəticəsini indi gördük. Onlar sonradan açıq etiraf etdilər ki, Böyükağa Hacıyev nə deyibsə, düz deyib”.
Hacıyev “Xəzər Lənkəran”la penaltilər seriyasına kimi uzanan Azərbaycan kubokunun final oyununu cəza üzündən buraxan makedoniyalı müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Cavid İmamverdiyev haqda fərqli fikir bildirib: “Cavidi bir qədər aşılamaq lazımdır. O, hələ bir az xəyallar dünyasındadır. İqor Mitreskinin isə hər dəqiqə yoxluğunu hiss edirəm. O, bu gün mənim üçün bəlkə də Nestadan, Fedinaddan dəyərli futbolçudur. Çünki mənin istədiyim fəlsəfəyə uyğun futbol oynayır. İqor bir insan kimi də həddən artıq alidir”.
Qeyd edək ki, Mitreski ilə İmamverdiyev son 3 mövsümdə “Neftçi” ilə çempion olub.

0
0