Nazim Süleymanov: Qapıçı ilə bağlı problem oldu
29.05.2013 - 12:26
Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov ölkə kubokunda “Neftçi” ilə “Xəzər Lənkəran” arasında final oyunundan razı qalıb. 48 yaşlı çalışdırıcı apasport.az saytına açıqlamasında bakılıların penaltilərlə 5:3 hesabı ilə qalib gəldiyi matçı dəyərləndirib.
Süleymanovun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qapıçı amili rol oynayıb: “Çox maraqlı oyun alındı. Meydanda gərgin mübarizə izlədik. Bilirsiniz ki, penaltilərdə bəxt amili böyük rol oynayır. Yəqin ki, orda qapıçı ilə bağlı nəsə problem oldu. İzlədiyim milli futbolçularından razı qaldım. Onlar yaxşı təsir bağışladı. Biz “Neftçi” və “Xəzər Lənkəran”dan yığmaya çağırılan oyunçularla Qətərə getməyəcəyik. Onlarla birgə Bakıda olub, milli qayıdandan sonra mayın 30-da ona qoşulacağıq”.
Qeyd edək ki, finalda görə Qətər yığması ilə bugünkü yoldaşlıq görüşünə çağırılmayan “Neftçi”dən Mahir Şükürov, Araz Abdullayev, Rəşad Sadiqov, “Xəzər Lənkəran”dan Rahid Əmirquliyevlə Elnur Allahverdiyev iyunun 7-də Lüksemburq yığması ilə Bakıda keçiriləcək rəsmi matça hazırlaşacaq.

0
0