Azərbaycan yığması Dohada qələbə qazansa... - STATİSTİKA
29.05.2013 - 12:37
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Dohada Qətər yığması ilə keçiriləcək yoxlama görüşü komandamızın tarixində 196-cı qarşılaşma olacaq.
1992-ci ildən başlayan 21 illik tarixində 195 oyuna çıxan komandamız bu görüşlərdə 35 qələbə qazanıbsa, 50 heç-heçə və 110 dəfə meydanı məğlub tərk edib. Ölkədən kənarda ardıcıl 4 oyundur uduzmayan yığmamız bu dəfə də yenilməyəcəyi halda, bu seriyanı 5-ə çatdıracaq.
Belə ki, ötən il oktyabrın 16-da Moskvada Rusiyaya 0:1 hesabı ilə yenilən yığmamız ondan sonra yalnız Bakıda uduzub. Ötən il noyabrın 14-də Belfastda Şimali İrlandiya ilə heç-heçə (1:1) edən millimiz 2013-cü ildə də ölkə xaricində uduzmayıb. Fevralın 1-də Özbəkistanla qolsuz heç-heçə edən millimiz 5 gün sonra Lixtenşteyni 1:0 hesabı ilə yendi. Bu 2 matçı BƏƏ-də keçirən Berti Foqtsun yetirmələri bu müddətdə yalnız Portuqaliya ilə paytaxtımızdakı görüşdə 0:2 hesabı ilə uduzub. 195 matçda yığmamız 135 dəfə fərqlənərək öz qapısından 340 qol görüb.
Qarşılaşma yığmamızın yoxlama oyunları və bu tip mini turnirlərdə 102-ci oyunu olacaq. Bu matçlarda 27 qələbəsi olan komandamız 34 heç-heçə edib və 40 dəfə məğlub olub. Rəqib qapısına 92 dəfə yol tapan futbolçularımız 129-nu buraxıb.
“Əl Sədd” klubunun stadionundakı matç Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 57-ci oyunu olacaq. Almaniyalı mütəxəssis 2008-ci ilin martından indiyədək 12 qələbəyə sevinib, 16 heç-heçə görüb və 28 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 43 qolun sevincini yaşayıbsa, 82 dəfə qapıçımız topu tordan çıxarıb.
Foqtsun yetirmələri 31-ci seçmə oyununa çıxacaq. Buna qədər baş tutan 31 qarşılaşmada 9 qələbəsi olan yığmamız 10 dəfə heç-heçə edib və 12 matçda məğlub olub. Bu oyunlarda top fərqi 27:36-dır.
İlk dəfə millimizə rəqib olacaq Qətər yığmamızla görüşən 62-ci komanda olacaq. Bu rəqib millimizin Asiyadan 17-ci komanda olacaq ki, futbolçularımızla üz-üzə gələcək.

0
0