Azərbaycanda 6, “Neftçi”də 3
29.05.2013 - 13:00
Azərbaycanda 6, “Neftçi”də 3
Azərbaycan futbolu tarixində 6-cı dəfə 1 klub mövsümü “Qızıl dubl”la başa vurub. Apasport.az saytının məlumatına görə, az əvvəl qazanılan 8-ci çempionluğun ardından 5-ci dəfə kuboku başı üzərinə qaldıran “Neftçi” mövsümün hər 2 titulunun sahibi olub.

2003/04 mövsümündə də belə uğura imza atan paytaxt futbolçuları 9 ildən sonra dubl müəllifi olmağı bacardı. Bakılılar bunadək daha 1 dəfə də belə nailiyyətə imza atmışdılar. 1995/96 mövsümündə özünün ilk dublunu gerçəkləşdirən “ağ-qaralar” bununla, 3-cü dəfə ili 2 mükafatla bitirdi.

Azərbaycan futbolunda sonuncu dubl isə 6 il əvvəl qeydə alınmışdı. Həmin vaxt “Xəzər Lənkəran” hər 2 mükafatı əldə etmişdi. Finalda məhz cənubluları yenməklə dublu rəsmiləşdirən “Neftçi” və cənublulardan başqa “Kəpəz”in də 1 belə uğuru var.

1993
“Qarabağ” (Ağdam)
1995/96
“Neftçi” (Bakı)
1997/98
“Kəpəz” (Gəncə)
2003/04
“Neftçi” (Bakı)
2006/07
“Xəzər-Lənkəran”
2012/13
“Neftçi” (Bakı)